1news.az-ın baş redaktoru Cəmil Həsənlini italyan “komediantına” bənzətdi

1news.az-ın baş redaktoru Cəmil Həsənlini italyan “komediantına” bənzətdi
Bütün Xəbərlər
15:40 06.09.2013
1214

1news.az saytının baş redaktoru Rəhman Hacıyev Milli Şuranın son sessiyası haqqında məqalə yazaraq, bu qurumun prezidentliyə namizədi Cəmil Həsənlini italyan “komediantına” bənzədib.

Yazıda qeyd olunur ki, bu günlərdə az qala bütün xəbər resursları Milli Şuranın sentyabrın 3-də baş tutan sessiyasının demək olar ki, kamera şəraitində keçməsindən yazıblar.İclasda iştirakçıların sayı həmişəkindən az olub, “EL” hərəkatının və Azərbaycan Liberal Partiyasının üzvləri isə tədbirə ümumiyyətlə qatılmayıblar.Bunun səbəbi isə, bir qədər sonra aydın olduğu kimi, çox bayağı imiş – namazovçular və liberallar müxalifət camiəsindən olan həmkarlarından inciyiblər.Məqalədə qeyd olunur ki, özünü dartaraq ədabazlıq edən “EL” hərəkatı adından sözügedən məsələyə aydınlıq gətirmək üçün hərəkatın Ali Məclisinin sədri, Eldar Namazovun sağ əli Eldəniz Quliyev çıxış edib və deyib ki, “EL” hərəkatının rəhbərliyi öz həmkarlarından inciyib.“Həqiqətən də, əsassız olaraq inciməmişik. Bizi artıq dalbadal ikinci həftədir ki, prokurorluğa ifadə verməyə çağırırlar (söhbət Eldar Namazovun ölkədə qarışıqlıq yaranmasını təşkil etmək planları ilə bağlı məlumatın yayılmasının araşdırılmasından gedir – red.), Milli Şuraya daxil olan partiyaların liderləri isə dünənə qədər buna münasibət bildirməyiblər. Bu, bizi narahat edir. Lakin bu yeganə səbəb deyil.Bununla yanaşı, Eldar Namazovun silahdaşı onu da qeyd edib ki, “EL” Milli Şuradan belə asanlıqla imtina etmək niyyətində deyil.“Biz təsis etdiyimizi boykot etmək niyyətində deyilik” – deyən məclis sədri onu da diqqətə çatdırmağı lazım bilib ki, hərəkat, Eldar Namazovun təşəbbüsü ilə irəli sürülən Rüstəm İbrahimbəyovun vahid namizədliyi uğursuzluğa düçar olandan sonra liderliyi ələ keçirən “Müsavat”-ın və Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) əlindən Milli Şuranı geri almağa çalışacaq.Daha sonra yazıda qeyd olunur ki, Milli Şurada ehtiraslar doğrudan-doğruya qızışmaqdadır.“Ölkənin “əsas liberalı” olan Əvəz Temirxan yanan odun üzərinə bir az da yağ töküb, o da incikliyin və narazılığın olması faktını təsdiqləyib, lakin sözügedən məsələ ilə bağlı geniş şərh bildirməyib.Bu gün isə belə məlum olub ki (bunu isə digər ali məclisin sədri bildirib – bu dəfə AXCP), “EL” hərəkatı, o cümlədən Azərbaycan Liberal Partiyası və Açıq Cəmiyyət Partiyası (Rəsul Quliyevin sədrliyi ilə) Milli Şuranın yeni vahid namizədi, faktiki olaraq, İsa Qəmbərin və Əli Kərimlinin fiquru olan Cəmil Həsənli üçün imza toplamaqdan imtina ediblər.Azərbaycan müxalifətinin Fantossisi, daha doğrusu, Cəmil Həsənlinin simasındakı “dublyoru” faktiki olaraq, müxalifətin qarşılıqlı olaraq bir-birindən ədavətlərini və qərəzlərini çoxdandır ki gizlətməyən iki dinozavrı ilə üz-üzə qalmalı olub.Mahiyyət etibarilə isə bu adam sözügedən qədim ədavətin verdiyi bəhrədən başqa bir şey deyil. İsa Qəmbər və Əli Kərimli bu namizədi ona görə “yaratdılar” ki, İbrahimbəyovu aşırandan sonra, bu iki şəxsin heç biri bir-birinin müxalifətin vahid namizədi kimi seçilməsinə yol verə bilməzdilər.Beləliklə, bəsit hesablamalar əsasında, müxalifət üçün ən uğursuz dublyor seçildi: parlamentin keçmiş üzvü, uzun illər mövcud hakimiyyəti dəstəkləyən, həmçinin, müxalifət tərəfindən də tənqid olunan, dövlət siyasəti ilə bağlı heç bir təcrübəsi olmayan, üstəlik xarizmadan məhrum və hətta öz kölgəsindən belə qorxan (çox güman ki əslində bir qaşıq şorba olan, lakin Cəmil Həsənli tərəfindən ona sui-qəsd edilməsi üçün üzərinə atılan qaynar kimyəvi maddə kimi qələmə verilən hadisə artıq dillərdə məzəli pritçaya çevrilib) bir adam namizəd oldu.Ümumilikdə isə müxalifət “saxta Vatslav Havel”dən (Rüstəm İbrahimbəyov) sonra belə bir kədərli və məzəli namizədə - komediya personajına yiyələndi. Bu adam məşhur İtaliya komediyalarının qəhrəmanı olan, üzü daim gülən, halbuki sevmədiyi, lakin icra etmək məcburiyyətində qaldığı iş yerində belə yoldaşlarının məsxərəyə qoyduğu Fantossinin simasındadır, “Meqa-direktor” (bu rola isə Qəmbər-Kərimli tandemi çox uyğun gəlir) Fantossinin özünün hansı rəyə və fikrə sahib olması ilə qətiyyən maraqlanmayaraq, onun ipini lazımi vaxtda dartırlar.Filmdə bütün bunların hamısı Fantossinin canının boğazına yığılması, əvvəl-axır onun hamıya qarşı çıxması ilə nəticələnir. Ancaq müxalifətin Fantossi versiyasında məsələ bir az başqa cürdür, burada Fantossi hamının əleyhinə çıxmır, əksinə, hamı Fantossinin əleyhinədir, çünki Milli Şurada baş verən parçalanmaların fonunda “meqa-direktorlarla” (İsa Qəmbər və Əli Kərimli ilə) təkbətək qalmaq onun üçün bütün mümkün ssenarilərin ən tragikomik olanıdır.

OXŞAR XƏBƏRLƏR