2 abituriyent 700 bal topladı

2 abituriyent 700 bal topladı
Bütün Xəbərlər
18:35 04.06.2014
2004
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən iyunun 1-də cari il üzrə keçirilmiş sonuncu sınaq imtahanının nəticələri açıqlanıb.
ANS PRESS-in məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından bildiriblər ki, hər bir abituriyent TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.
Abituriyentlər imtahan nəticələri barədə məlumatı ənənəvi olaraq iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 48 min 387 abituriyentdən 4 min 363 nəfəri imtahanda iştirak etməyib.
İmtahan qaydalarını pozduğu üçün 10 abituriyent imtahandan xaric edilmiş və nəticələri ləğv olunub.
TQDK-nın internet saytında sınaq imtahanında iştirak edən 44 min 14 abituriyentin imtahan nəticələri yerləşdirilib. İki abituriyent təqdim olunan bütün suallara düzgün cavab verərək maksimum nəticə -700 bal toplayıb. Onlardan biri II, digəri isə IV ixtisas qrupu üzrə qeyd olunan nəticəni göstərib.
OXŞAR XƏBƏRLƏR