Penitensiar Xidmət əməkdaşları Bakı İstintaq Təcridxanasına qanunsuz əşya keçirilməsinin qarşısını alıb.
Cinayət Məcəlləsinin 126.3 maddəsinə əsasən həbs edilmiş Zaur Abdullayevin yanına gəlmiş anası İradə Abdullayevanın əl çantasının içərisində gizlədilmiş “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Rahilə Paşayeva da oxşar əmələ cəhd edib. Onun CM-in 221.3 və 228.1 maddələrinə əsasən həbs edilmiş Zaur Paşayevə “Cordless Phone” markalı telefon aparatı ötürmək istəyi baş tutmayıb.