F. Həsənəliyev qeyd edib ki, artıq bu şəxslərə qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə ittiham elan olunub. Bununla da, 2 aprel aksiyası ilə bağlı cinayət məsuliyyətinə cəlb edilənlərin sayı 13-ə çatıb.
F. Həsənəliyev hazırda fakt üzrə başlanmış cinayət işi ilə bağlı zəruri istintaq tədbirlərinin davam etdirildiyini qeyd edib.
Xatırladaq ki, aprelin 2-də baş vermiş hadisələrlə bağlı fakta görə Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.