2 aylıq həsrət bitir

İDMAN
19:09 14.02.2012
1876
Avropanın ən nüfuzlu klub turnirində 2 aylıq fasilə başa çatır. Azarkeşlərin böyük intizarla gözlədiyi Çempionlar Liqası (ÇL) həyəcanı bu gündən davam edəcək.  Özü də pley-off mərhələsi oyunları başlandığından, matçlara maraq daha böyükdür. 1/8 oyunları 2 həftəyə bölündüyündən, futbolsevərlər daha çox oyun izləyə biləcəklər. Həlledici mübarizəyə startın Beynəlxalq Sevgililər gününə təsadüf etməyi diqqəti çəkir. Sözsüz ki, bu həftənin mərkəzi oyunu İtaliyada keçiriləcək. Turnirin favoritlərindən olan “Milan”la “Arsenal” artıq 1/8 final rəqib olduqlarından, biri mübarizəni dayandırmalı olacaq. Bu cütdə son İtaliya çempionu, ÇL-nin qalibi olan “Milan”ın şansları daha yüksək qiymətləndirilsə də, “Arsenal” da nəhayət, turnirin qalibi olmaq iddiasındadır. Üstəlik, londonlular qrup qalibi olduğundan, cavab oyununu evdə keçirmələri şansından maksimum istifadə etməlidir. ÇL-nin son qalibi, “Milan”ın qrupda qabaqlayan “Barselona” Almaniyaya səfər edir. Son vaxtlar İspaniya çempionatında işləri yaxşı getməyən, artıq “Real”dan 10 xal geri qaldığından, qızıl medallardan əlini üzən “Barsa” uğursuzluğu Avropanın ən nüfuzlu turnirində unutdurmağa çalışacaq. Hər halda, ötən il dünyanın ən güclü komandası olan İspaniya təmsilçisi “Bayer”i keçməkdə ciddi problemlə üzləşməməlidir. Qrup mərhələsinin ən böyük sensasiyası olan APOEL ruzigarının nə vaxta kimi davam edəcəyini 1/8 final matçları göstərməlidir. Bu mənada ÇL-də böyük təcrübəsi olan “Lion” debütantı dayandıracağı real görünür. APOEL-i qrupda qabaqlayan “Zenit”in “Benfika” ilə oyunu da maraqla gözlənilir. Bu cütdə şanslar demək olar bərabərdir. Özü də ruslar “Porto”nu qrupda saxladığından, “Benfika” Portuqaliyanın digər təmsilçisinin əvəzini çıxmalıdır. “Zenit”in liderlərindən olan portuqaliyalı yarımmüdafiəçisi Danni hazırlıq prosesində ciddi zədələnərək, 8 aylığa sıradan çıxdığından, həmyerlilərinə qarşı oynamayacaq. Bu isə “Benfika”nın işini xeyli asanlaşdırır.14 fevral23:45 “Lion” (Fransa) – APOEL (Kipr) 23:45 “Bayer” (Almaniya) – “Barselona” (İspaniya) 15 fevral21:00 “Zenit” (Rusiya) – “Benfika” (Portuqaliya) 23:45 “Milan” (İtaliya) – “Arsenal” (İngiltərə)

OXŞAR XƏBƏRLƏR