2 azyaşlı uşaq xilas edilib

2 azyaşlı uşaq xilas edilib
Bütün Xəbərlər
19:30 18.02.2014
550
Yanğın zamanı mənzildə köməksiz qalan uşaqlar tüstüdən zəhərlənib
Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının altıncı mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan 3 otaqlı mənzilin 1 otağında ev əşyaları 18 kv.m sahədə yanıb.Yanğın zamanı mənzildə köməksiz qalmış 2 azyaşlı uşaq yanğınsöndürənlər tərəfindən tüstüdən zəhərlənmiş halda xilas olunub və Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
OXŞAR XƏBƏRLƏR