2 cüdoçumuz olimpiadada mübarizəni dayandırdı

2 cüdoçumuz olimpiadada mübarizəni dayandırdı
İDMAN
16:34 30.07.2012
1587
Bu gün XXX Yay Olimpiya Oyunlarında cüdo yarışlarında daha 2 çəkidə mübarizəyə start verilib. AZXEBER.COM-un məlumatına görə, Azərbaycan millisinin heyətində Rüstəm Orucov (73 kq) və Kifayət Qasımova (57 kq) tatami üzərinə çıxıb. Təəssüf ki, həmyerlilərimizin heç biri 1/8 final səddini aşa bilməyərək, Olimpiada ilə erkən vidalaşıblar.Qadınlar57 kqPüşk Kifayət Qasımovanı ilk mərhələdən azad etdiyindən təmsiçimiz mübarizəyə 1/8 finaldan başlayıb. O, yarışda Vesna Cukiçi (Sloveniya) məğlub edən Kaori Matsumoto (Yaponiya) ilə qüvvəsini sınayıb.Ancaq Kifayətin Olimpiadada növbəti cəhdi də alınmayıb. O, dörd illiyin ən mötəbər yarışını yenə mükafatsız başa vurub. Həmyerlimiz yaponiyalı rəqibinə vazari fəndi ilə uduzaraq, mübarizəni erkən dayandırıb.Kişilər73 kqPekində Elnur Məmmədlinin Olimpiya çempionu olduğu çəkidə Azərbaycanı təmsil edən Rüstəm Orucov 1/16 finalda Qideon Van Zillə (CAR) qarşılaşıb. Bakı vaxtı ilə saat 15:00-da start götürən döyüş həmyerlimiz üçün uğurlu alınıb.Düzdür, Rüstəm hələ tatamiyə çıxarkən ayağı büdrəyib. Bunun nəticəsi olaraq, ilk dəqiqələrdə psixoloji cəhətdən zəif təsir bağışlayan Orucov vazari ilə cəzalandırılsa da, görüşün sonuna 32 saniyə qalmış toparlanıb. O, rəqibinə ipponla qalib gələrək, 1/8 finala yüksəlib.Bu mərhələdə cüdoçumuzun rəqibi rusiyalı Mansur İsayev olub. 20 yaşlı Orucov təcrübəli idmançı qarşısında aciz qalıb və 2 dəqiqə 44 saniyənin tamamında ippona düşüb. Bununla, Rüstəm də Olimpiadaya “əlvida” deyib.Qeyd edək ki, Böyük Britaniya paytaxtına 8 cüdoçu ilə yollanan millimizin heyətində bundan öncə İlqar Müşkiyevlə (60 kq) Tərlan Kərimov (66 kq) Olimpiadanı medalsız başa vurmuşdular.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dializ xəstəsinin virusa yoluxduğu iddia olunur: "Səhhəti onsuz da risk altındadır" - VİDEO
23:04 22.08.2026
Dializ xəstəsinin virusa yoluxduğu iddia olunur: "Səhhəti onsuz da risk altındadır" - VİDEO
Həkimdən həyacan təbili: Bağırsaq xərçəngi gəncləşir
22:51 22.08.2026
Həkimdən həyacan təbili: Bağırsaq xərçəngi gəncləşir
Ən çox pul xərcləyən bürclər - SİYAHI
22:37 22.08.2026
Ən çox pul xərcləyən bürclər - SİYAHI
"Özünü idarə edə bilmir" - Davranış pozuntusu olan uşaq məktəbə niyə qaytarılıb? - VİDEO
22:27 22.08.2026
"Özünü idarə edə bilmir" - Davranış pozuntusu olan uşaq məktəbə niyə qaytarılıb? - VİDEO
Azərbaycanda dəhşətli hadisə: Gölə düşən qardaşını xilas etmək istəyən bacı boğulub öldü, digəri axtarılır
22:05 22.08.2026
Azərbaycanda dəhşətli hadisə: Gölə düşən qardaşını xilas etmək istəyən bacı boğulub öldü, digəri axtarılır
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb - FOTOLAR
21:56 22.08.2026
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb - FOTOLAR
Goranboy-Naftalan yolunda ağır qəza: Həlak olanlar var
21:39 22.08.2026
Goranboy-Naftalan yolunda ağır qəza: Həlak olanlar var
Hacı Kərimov dünya çempionatında finala yüksəldi
21:31 22.08.2026
Hacı Kərimov dünya çempionatında finala yüksəldi
68 yaşlı motosiklet sürücüsü qəzada öldü
21:19 22.08.2026
68 yaşlı motosiklet sürücüsü qəzada öldü
Bu yay altı bürcün uğursuzluqları sona çatacaq
21:14 22.08.2026
Bu yay altı bürcün uğursuzluqları sona çatacaq
Ağstafada 15 yaşlı yeniyetmənin "TikTok" üçün çəkilişi faciə ilə nəticələndi - TƏFƏRRÜAT - VİDEO
20:52 22.08.2026
Ağstafada 15 yaşlı yeniyetmənin "TikTok" üçün çəkilişi faciə ilə nəticələndi - TƏFƏRRÜAT - VİDEO
Faiq Ağayevə ağır itki üz verdi
20:34 22.08.2026
Faiq Ağayevə ağır itki üz verdi
ABŞ-yə köçmək istəyənlərə şad xəbər: Qadağa ləğv edildi
20:27 22.08.2026
ABŞ-yə köçmək istəyənlərə şad xəbər: Qadağa ləğv edildi
Qadın sahibkarın ölkədən çıxışına "stop" qoyuldu: 100 min manatdan çox borc
20:11 22.08.2026
Qadın sahibkarın ölkədən çıxışına "stop" qoyuldu: 100 min manatdan çox borc
İran hərbi doktrinasını dəyişdi: Müdafiədən HÜCUMA KEÇİD
19:55 22.08.2026
İran hərbi doktrinasını dəyişdi: Müdafiədən HÜCUMA KEÇİD
Abortdan sonra vəfat edən 24 yaşlı qadının ölümü ilə bağlı YENİ DETALLAR - FOTO
19:45 22.08.2026
Abortdan sonra vəfat edən 24 yaşlı qadının ölümü ilə bağlı YENİ DETALLAR - FOTO