2 fərqli heyətlə 2 fərqli nəticə

İDMAN
13:51 26.01.2012
1351

“Qarabağ” Antalyada keçirdiyi təlim-məşq toplanışı çərçivəsində 2-ci yoxlama oyununa çıxıb.

 AZXEBER.COM-un məlumatı görə, rəqib Avstriya çempionatında hazırda liderlik edən “Rid” olub. Rəqibin ad-sanına baxmayaraq komandamız ilk dəqiqələrdən oyuna nəzarəti əlinə alıb. Təhlükəli həmlələrimiz elə ilk cəhddəcə hesabı açmağımızla nəticələnib. Əfranın asmasını Rauf mükəmməl baş zərbəsi ilə qapıdan keçirdib. İlk hissə boyunca topa nəzarəti əldə saxlayan komandamız daha 2 dəfə qola yaxın olsa da bir dəfə Adamiiya, bir dəfə də Rauf dəqiq oynamayıb. Əvəzində rəqibə fərqlənmək üçün imkan yaratmayıb.

2-ci hissəyə komandamız köklü dəyişikliklə başlayıb. 7 dəyişikliyi birbaşa edən baş məşqçimiz Qurban Qurbanov bir saatın tamamında bütün komandanı artıq dəyişib. Belə də rəqib elə də ciddi həmlələrlə yadda qalmasa da əldə etdiyi imkanlardan maksimum yararlanıb. Belə də 2 fərqli hissəylə oynadığımız oyun fərqli hesabla baş çatıb.

Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR