2 il həbsdə unudulmağı onu milyonçu etdi

2 il həbsdə unudulmağı onu milyonçu etdi
Bütün Xəbərlər
15:48 30.01.2012
3106

ABŞ-ın New Mexiko əyalətində Stephen Slevin adlı şəxs 2005-ci ildə içkili olaraq avtomobil sürərkən nəzarətə alınıb.

AZXEBER.COM-un Qərb mətbuatına istinadən verdiyi xəbərə görə, vəkil tutmasına icazə verilməyən Slevin iki il azadlıqdan məhrum olunub.Gözətçilər 22 ay müddətində cinayətkarla maraqlanmayıblar. Saçı-saqqalı bir-birinə qarışan Slevinin dünya ilə əlaqəsi kəsilib. Vəkil tutmasına icazə verilməyən məhkum, CNN televiziyasına, "Gözətçilər hər gün yanımdan keçib getdi və çürüməmi izlədilər" deyə çıxış edib. Slevin Özüylə heç maraqlanmadıqlarını, sağlamlıq ehtiyaclarının qarşılanmadığını deyib. Bir dəfə stomatoloqa getməsinə icazə verilmədiyi üçün dişini belə öz əliylə çəkmək məcburiyyətində qaldığını bildirib. Məhkəmə, stress pozğunluğu yaşayan və depressiya həbləri istifadə edən Slevinə, 22 milyon dollar təzminat ödənməsinə qərar verib. Beləcə, ABŞda bir insan hüquqları iddiasında ən yüksək təzminata haqq qazanan adam olub.

Qeyd edək ki, 2005-ci ilin avqustunda nəzarətə alınan 58 yaşındakı Slevin, 2007ci ilin mayına qədər həpsdə olub.

Ozal Ibrahimli

OXŞAR XƏBƏRLƏR