2 mindən çox qanunsuz taksi aşkarlandı

2 mindən çox qanunsuz taksi aşkarlandı
Bütün Xəbərlər
11:41 09.10.2014
852
Vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 44073 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib.AZXEBER.COM-un Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsinə istinadla verdiyi məlumata görə, 24190 vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu, 7205 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu aşkarlanıb.Eyni zamanda ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 6727 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu müəyyən edilib.Operativ nəzarət tədbirləri zamanı 3032 vergi ödəyicisi tərəfindən 4183 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 2222 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı müəyyən olundu.
OXŞAR XƏBƏRLƏR