2 yaşlı İmran reanimasiyadan palataya köçürülüb

2 yaşlı İmran reanimasiyadan palataya köçürülüb
Bütün Xəbərlər
23:50 20.08.2013
2153
Almaniyanın “Charite” klinikasında müalicə olunan Bakı sakini, 2010-cu il təvəllüdlü İmran Cəfərzadənin vəziyyətinə dair 20 avqust tarixində həkimlərin növbəti konsiliumu keçirilib.Azərbaycanın Almaniya Federativ Respublikasındakı səfirliyindən APA-ya verilən məlumata görə, həkimlər bütövlükdə müalicənin gedişindən razı qaldıqlarını bildiriblər.İ. Cəfərzadə reanimasiyadan palataya köçürülüb, onun müalicəsi həkimlərin xüsusi nəzarəti altında davam edəcək. Üçüncü əməliyyatdan sonra xəstə özünü normal hiss edir və yaraların sağalmasında irəliləyiş müşahidə olunur.Səfirlik İ. Cəfərzadənin həkimləri ilə intensiv əlaqə saxlayır və xəstənin durumuna dair Azərbaycan Respublikasının Prezidenti Administrasiyasını və Heydər Əliyev Fondunu davamlı olaraq məlumatlandırır.Qeyd edək ki, İmran Cəfərzadənin Almaniyadakı müalicəsi Azərbaycan prezidenti İlham Əliyevin göstərişi əsasında, Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə həyata keçirilir.
OXŞAR XƏBƏRLƏR