Britaniya həkimləri 2 yaşlı ürəktutması olan körpəni xilas ediblər. Belə ki, həkimlər mini-vakuum vasitəsilə körpənin əzələ orqanından qan laxtasını çıxarıblar. Miokard infarkt keçirən 2 yaşlı körpənin üzərində aparılan bu əməliyyat dünyada bir ilk hesab olunur. Həkimlər körpənin tutulmuş mini-vakuumla arteriyasını açıb və onun qandövranını nizama salıblar. Körpənin ailə həkimlərindən biri bildirib ki, uşaq ürəktutması zamanı əli ürəyində yerə yıxılıb.