2 yaşlı 'Qafqazinfo' - FOTOLAR

2 yaşlı
MEDİA
10:44 16.08.2012
1782
Bu gün “Qafqazinfo” portalının fəaliyyətə başlamasının 2 ili tamam olur. AZXEBER.COM-un məlumatına görə, portal 2010-cu ilin bu günü ilk xəbərini yerləşdirib. Kiçik kollektivlə fəaliyyət göstərən “Qafqazinfo” bu müddətdə ölkədə fəaliyyət göstərən və aktiv olan bütün ictimai-siyasi təşkilatlarla, dövlət qurumları ilə, ədəbiyyat, incəsənət adamları ilə əməkdaşlıq edib. Bu müddət ərzində portalın oxucularının sayı daim artan istiqamətdə olub. Hazırda gün ərzində sayta 30 min civarında oxucu daxil olur. Ümumilikdə isə bu günə qədər sayta 2,5 milyon İP-dən giriş olub. “Qafqazinfo” yarandığı gündən elan etdiyi prinsipə - xəbər yaymaq idealına bu gün də sadiqdir. AZXEBER.COM olaraq “Qafqazinfo” kollektivini təbrik edirik.
OXŞAR XƏBƏRLƏR