Gəncədə bədbəxt hadisə nəticəsində azyaşlı uşağın əli yerindən qopub.Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanası baş həkim Azad Quliyevin ANS PRESS-ə verdiyi məlumata görə, sentyabrın 17-də Məhsəti qəsəbəsində yaşayan ailənin azyaşlı uşağının əli ət maşınında qalıb.Hadisə nəticəsində 2 yaşlı Əkbər Qərib oğlu Hüseynovun sağ qolu biləkdən aşağı kəsilib.“Uşaq xəstəxanaya gətirilərkən şokda idi. Onun əlini xilas edə bilmədik. Əli parçalanmışdı. Onun əlini amputasiya etdik”, - deyə Azad Quliyev bildirib.