2 yaşlı uşaq 11 aylıq bacısını boyunbağı ilə boğdu – AZƏRBAYCANDA

2 yaşlı uşaq 11 aylıq bacısını boyunbağı ilə boğdu – AZƏRBAYCANDA
Bütün Xəbərlər
00:09 13.12.2012
2814

Lənkəranda körpə bədbəxt hadisənin qurbanı olub

Lənkəran rayonunda on bir aylıq körpə bədbəxt hadisənin qurbanı olub. Bu barədə APA-ya Lənkəran Rayon Prokurorluğundan məlumat verilib. Məlumata görə, hadisə dekabrın 12-də saat 17.00 radələrində rayonun Şıxəkəran kəndində qeydə alınıb. Belə ki, kənd sakini Anar Seydəmir oğlu Məmmədovun nəzarətsiz buraxılan 2 yaşlı qızı Xədicə oyuncaq boyunbağını 11 aylıq bacısı Mirhədiyyə Məmmədzadənin boynuna keçirib. Nəticədə isə boyunbağı körpənin boynunda sıxılaraq onu boğub. Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR