İngiltərədə yaşayan 2 yaşlı Cuvan adlı uşaq öpüşə görə gözünü itirib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, 2 yaşı olan Cuvan qohumu tərəfindən öpüldükdən sonra "herpes simplex" virusuna yoluxaraq sol gözünü itirib.
Virus onun gözündə qabarcıq əmələ gəlməsinə və bu daha sonra buynuz qişasında 4 mm-lik dəliyin açılmasına səbəb olub.
İnfeksiyalara səbəb olan yara həkimlərin bütün səylərinə baxmayaraq, gözün funksiyasının tamamilə itirilməsinə səbəb olub.
Juvanın ailəsi görmə qabiliyyətini bərpa etmək üçün sinir transplantasiyası və ardınca buynuz qişa transplantasiyası planlaşdırır.
Bununla belə, onun görmə qabiliyyətinin tam olaraq qayıdıb-qaytarmayacağı bəlli deyil.
Gülay