2026–2027-ci tədris ili üzrə 20 Azərbaycan vətəndaşı Çin Xalq Respublikasının nüfuzlu universitetlərində təqaüdlə təhsil almaq hüququ qazanıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” çərçivəsində məlumat verilib.
Çin tərəfinin yekun qərarına əsasən, azərbaycanlı tələbələr arasında 18 nəfər magistratura, 2 nəfər isə doktorantura səviyyəsində təhsil alacaq.
Təqaüd qazanan namizədlər arasında Shanghai Jiao Tong University, Shanghai University, Zhejiang University, China University of Petroleum, Beijing Institute of Technology və Peking University kimi ali təhsil müəssisələrində təhsil alacaq şəxslər var.
Azərbaycanlı tələbələr hüquq, neft və qaz mühəndisliyi, kibertəhlükəsizlik, iqtisadiyyat və menecment, beynəlxalq biznes, tətbiqi kimya, beynəlxalq hüquq və digər ixtisaslar üzrə təhsil alacaqlar.











































