AZXEBER.COM-un Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, hadisə Vladivastokda qeydə alınıb. Maraqlısı odur ki, bu hündürlükdən yıxılan Rusiya sakini sağ qalıb. Onun sağ qalmasına isə həyətdə dayanan maşınlardan biri səbəb olub desək yanılmarıq. Belə ki, eyvanın altında olan "Toyoto Prado" markalı maşın bina sakinin düşmə sürətini azaldıb.Maşının siqnalizasiyasını eşidərək çölə çıxan sahibi onun üstündəki adamı görüb. O, dərhal təcili yardım və polisə xəbər verib. Hadisə yerinə gələn tibb işçiləri gözlərinə inanmayıblar. Çünki hündürlükdən düşən kişi huşsuz olsada, sağ qalıb. Xəstəxanaya aparılan kişi reanimasiyaya yerləşdirilib.