Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildiriblər ki, 20 nömrəli məktəbin şagirdi, Bakı şəhər sakini 12 yaşlı Vədəd Abdullayev yolu keçmək istəyərkən naməlum maşının zərbəsinə tuş gəlib. O, ətrafdakı insanlar tərəfindən əvvəlcə məktəbə aparılıb, daha sonra isə Təcili Tibbi Yardım Stansiyasının maşını ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Orta məktəb şagirdinin yüngül xəsarət aldığı və hazırda vəziyyətinin yaxşı olduğu bildirilib.
Qeyd edək ki, hazırda ərazidə piyadalar üçün yeraltı keçid tikilir.///anspress