20 Somali vətəndaşı Azərbaycanda ali təhsil alacaq

20 Somali vətəndaşı Azərbaycanda ali təhsil alacaq
SOSİAL
14:37 27.10.2026
197
2026–2027-ci tədris ilində 20 Somali vətəndaşı Azərbaycanın ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.

AZXEBER.COM xəbər verir ki, tələbələr Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Tibb Universiteti, UNEC, Bakı Ali Neft Məktəbi və digər ali təhsil müəssisələrində bakalavriat, magistratura və rezidentura səviyyələri üzrə təhsil alacaqlar.

Təhsil proqramları humanitar və sosial elmlər, texniki və texnoloji sahələr, iqtisadiyyat, idarəetmə və kənd təsərrüfatı da daxil olmaqla müxtəlif istiqamətləri əhatə edir.

Təhsil prosesi Azərbaycan və Somali arasında təhsil sahəsində əməkdaşlıq haqqında saziş çərçivəsində həyata keçiriləcək.
OXŞAR XƏBƏRLƏR