'20 Yanvar' faciəsi Küveytdə yad edildi

Bütün Xəbərlər
17:27 19.01.2012
1593
2012-ci il yanvar ayının 19-da Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfirliyində 1990-cı il qanlı yanvar faciəsinin qurbanlarının xatirəsi yad edilmişdir.Azərbaycanın Küvetdəki səfirliyindən AZXEBER.COM-a verilən məlumata görə, səfirliydə keçirilən tədbirə Küveytdə yaşayan həmvətənlərimiz, o cümlədən, “Vətənsevər” Dostluq Cəmiyyətinin nümayəndələri, həmçinin, ölkənin tanınmış ictimai-siyasi xadimləri və nüfuzlu kütləvi informasiya vasitələrinin nümayəndələri dəvət olunmuşlar. Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükütla anılmışdır.
Tədbirdə 22 il bundan əvvəl keçmiş SSRİ-nin ordusunun Azərbaycana daxil olaraq, mülki əhaliyə qarşı odlu silahlardan atəş açdığı, zirehli texnika və tankların təcili tibbi yardım maşınlarını belə əzib keçdikləri bildirilmiş, həmin hərbi əməliyyatın böyük qəddarlıqla icra olunduğuna baxmayaraq, bunun Azərbaycan xalqının azadlıq hərəkatını və xalqın mətin iradəsini qıra bilmədiyi xüsusi vurğulanmışdır. Ulu öndər Heydər Əliyevin bu qanlı hadisədən dərhal sonra Moskva şəhərindəki Azərbaycanın Daimi Nümayəndəliyinə gələrək, xalqının qəzəb və etirazını açıq şəkildə bütün dünyaya bəyan etməsi xüsusilə qeyd olunaraq, 20 yanvar faciəsinin məhz Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə araşdırılıb, hüquqi-siyasi qiymətin verildiyinə işarə edilmişdir.
Tədbir iştirakçıları səfirlikdə nümayiş etdirilən 20 yanvar fotosərgisi ilə tanış olmuş, qanlı faciə barədə çəkilən sənədli filmi seyr etmişlər.
OXŞAR XƏBƏRLƏR