20 yanvar faciəsi Misirdə anıldı - VİDEO

20 yanvar faciəsi Misirdə anıldı - VİDEO
Bütün Xəbərlər
21:05 20.01.2013
1203
20 yanvar hadisələri zamanı həlak olan insanların xatirəsi xaricdə də yad edilib. Azərbaycanın Misirdəki səfirliyində təşkil edilən mərasimdə həmin vaxt Bakıda baş verənlər barədə Misir ictimaiyyətinə məlumat verilib.Səfirlikdə təşkil olunan tədbirdə Misirin kütləvi informasiya vasitələrinin nümayəndələri, Azərbaycan-Misir Dostluq Cəmiyyətinin üzvləri, misirli və azərbaycanlı tələbələr, bu ölkədəki Azərbaycan icmasının üzvləri iştirak ediblər. Mərasimdə çıxış edən səfir Şahin Abdullayev Azərbaycan xalqının Sovet rejiminə qarşı milli azadlıq mübarizəsi və Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları haqqında məlumat verib. 1990-ci ilin 20 yanvar hadisələri barəsində danışan səfir bu gecənin qurbanlarının ölkənin müstəqillik qazanmasında rollarını xüsusi qeyd edib. Daha sonra tədbir iştirakçılarına 20 yanvar faciəsi və Bakıda törədilmiş qırğının nəticələri haqqında film göstərilib və hadisəni əks etdirən fotostend nümayiş olunub.Səfir Şahin Abdullayev 20 yanvar faciəsinin 23-cü ildönümü haqqında Misirin dövlət televiziyasına müsahibə verib. 20 yanvar hadisələri ilə bağlı məlumatlar Misirin əksər qəzetlərində də dərc olunub.
OXŞAR XƏBƏRLƏR