AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin rəsmi saytının verdiyi məlumata görə, partlayıcının “20 Yanvar” stansiyasına partlayıcı qurğunun yerləşdirilməsi barədə “112” qaynar telefon xəttinə məlumat daxil olub. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Xilasedicilər hüquq-mühafizə orqanlarının mütəxəssisləri ilə birgə apardıqları axtarış işləri nəticəsində həmin metro stansiyanın ərazisində şübhəli əşya aşkar etməyiblər.