Bakı Metropoliteninin "20 Yanvar” stansiyasında sərnişin özünü qatar yoluna atmağa cəhd edib.
AZXEBER.COM xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, gənc sağ qalıb və hazırda vəziyyəti nəzarətdə saxlanılır.
Hadisənin təfərrüatları, həmçinin cəhdin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı Bakı Metropoliteninin rəsmi açıqlama yayacağı bildirilib.











































