20 yaşlı azərbaycanlı qızı zorlamaq istədilər

20 yaşlı azərbaycanlı qızı zorlamaq istədilər
Bütün Xəbərlər
11:01 15.02.2013
3581
Həştərxanda 35 yaşlı Azərbaycan vətəndaşı 20 yaşlı qızı zorlamağa cəhddə şübhəli bilinir.AZXEBER.COM “Volqa-Kaspi” İnformasiya Agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Həştərxan vilayəti üzrə İstintaq İdarəsinin mətbuat xidmətindən məlumat verilib.İstintaq orqanları tərəfindən Azərbaycan sakini Əli Hüseynova qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 131-ci madəsinin müvafiq maddələri üzrə cinayət işi qaldırılıb.İstintaqın məlumatına görə, Ə.Hüseynov 2013-cü il 6 fevral tarixində sərxoş vəziyyətdə 20 yaşlı qızı zorlamağa cəhd göstərib. Lakin hadisə yerinə gələn polis əməkdaşları onun hüquqazidd hərəkətinin qarşısını alıb.Hazırda hadisənin təfərrüatının müəyyən edilməsi istiqamətində kompleks tədbirlər görülür.Müstəntiqin xahişi ilə şübhəli şəxs barəsində həbs-qətimkan tədbiri seçilib.
OXŞAR XƏBƏRLƏR