20 yaşlı qadın itkin düşüb - Evə qayıtmayacağını deyib

20 yaşlı qadın itkin düşüb - Evə qayıtmayacağını deyib
SOSİAL
15:53 11.07.2019
5388
Bakıda 20 yaşlı qadın itkin düşüb.

Binəqədi rayonu, 28 May qəsəbəsində fərdi evdə yaşayan Hüseynova Gültəkin Natiq qızı ayın 8-i saat 11 radələrində evdən çıxıb və telefon vasitəsilə bir daha evə qayıtmayacağını bildirib.

Bu barədə hüquq-mühafizə orqanlarına onun həyat yoldaşı, 1996-cı il təvəllüdlü Əliyev Yusif Elşən oğlu ərizə ilə müraciət edib.

Faktla bağlı Binəqədi RPİ-də araşdırma aparılır.
 
///Oxu.Az 
OXŞAR XƏBƏRLƏR