20 yaşlı qızın qatili hər şeyi danışdı

DÜNYA
11:14 16.02.2015
11560
Türkiyənin Mersin şəhərində universitet tələbəsi 20 yaşlı Özgecan Aslana təcavüz edən və daha sonra isə yandıraraq dərəyə atan mikroavtobusun sürücüsü Suphi ifadə verib.
Suphi ifadəsində bunları deyib: "Özgecan "Mersinə gedəcəyəm" dedi. Mən D-400 quru yolu yerinə başqa yolla getdim. Qız başqa istiqamətdə getdiyimi anladı. Qışqırmağa başladı. Mən də bir az getdikdən sonra mikroavtobusu kənarda saxladım. Təcavüz etmək məqsədi ilə ona hücum etdim. Boğuşmağa başladıq. Özgecan cibindən çıxardığı bibər qazını üzümə sıxdı. Dırnaqları ilə üzümü parçaladı. Müqavimət göstərərək təcavüz etməyimə mane oldu. Dırnaqları ilə üzümü cırdı. Bir anda özümü itirdim. Mikroavtobusda olan bıçaqla bir neçə dəfə onu vurdum. Qorxudan nə etdiyimi xatırlamıram. Bıçaqla neçə dəfə onu vurduğumu xatırlamıram. Bıçaqladıqdan sonra qızın ölmədiyini gördüm və mikroavtobusda olan dəmir parçası ilə başına dəfələrlə vurmağa başladım. Öldükdən sonra da cəsədi mikroavtobusun içində gizlətdim. Atama və dostuma zəng etdim. Heç bir dəlil buraxmamaq üçün cəsədi yandırmağı təklif etdim. Atamla dostum mənə kömək etdilər. Çamalan kəndinin yaxınlarında olan alman qəbiristanlığı adlanan əraziyə getdik. Dəlil buraxmamaq üçün qızın əllərini biləklərindən kəsdim. Üzərinə benzin töküb, çaxmağı çaxdım. Cəsədi basdırmağa vaxtımız yox idi ona görə də yandırdım. Daha sonra polis tərəfindən saxlanılmamaq üçün sakit davranmalı olduğumuzu bildirdim. Yola çıxdığımız zaman polisdən ana yola necə çıxacağımızı soruşdum. Soruşduğumuz yol əvəzinə başqa yola getdik. Polis də bizi saxladı. Mikroavtobusda qan izləri tapıldı. Biz də müştərilərin dava etdiyini və qan izlərinin onlara aid olduğunu bildirdik. Lakin şübhələndikləri üçün bizim nəzarətə aldılar. İfadəmizi aldıqdan sonra isə sərbəst buraxdılar. Daha sonra mikroavtobusu atama verdim. Şəhərdə gəzdim. İnternetə girdim. Özgəcanın cəsədinin tapıldığını və atamın da həbs edildiyini öyrəndim. Həddindən artıq təlaşa düşdüm. Gün boyu şəhərdə gəzdim. Axşam saatlarında da polislər məni tutdular."
Xatırladaq ki, universitet tələbəsi 20 yaşlı Özgecan Aslan evə gəlməyincə, ailəsi polisə müraciət etmək məcburiyyətində qalıb. 2 gün axtarılan gənc qızın cəsədi tapılıb. Məlum olub ki, gənc qız Çamalan kəndi yaxınlığında döyülərək öldürülüb. Daha sonra qızın cəsədi dərəyə aparılaraq yandırılıb. Türkiyə mediasında yer alan məlumatlara görə, 20 yaşlı gənc, 11 fevral tarixində universitetdən çıxdıqdan sonra alış-veriş mərkəzinə gedib. Alış-veriş mərkəzindən ayrılan Özgecan Aslan, daha sonra şəhərlərarası sərnişin daşıyan mikroavtobusa minib.
bizimyol.info
OXŞAR XƏBƏRLƏR