20 yaşlı tələbənin başını kəsən tapıldı - YENİLƏNİB

20 yaşlı tələbənin başını kəsən tapıldı - YENİLƏNİB
Bütün Xəbərlər
10:26 23.10.2014
5453
Ötən gün günorta saatlarında başı kəsilən 20 yaşlı Günel Etibar qızı Nuriyevanın qatili məlum olub.
11:46
Qızın atasının Şəkidə bir neçə ticarət obyektləri, torpaq sahələri var.
Ötən gün günorta saatlarında başı kəsilən 20 yaşlı Günel Etibar qızı Nuriyevanın ailəsi Şəkidə sayılıb-seçilən ailələrdən biridir.
ANS-in məlumatına görə, Etibar Nuriyev tanınmış biznesmendir.
Etibar Nuriyevin Şəkidə bir neçə ticarət obyekti, torpaq sahəsi var. Ailənin 3 qız övladı var. Qizlardan ikisi əkizdir. Qətlə yetirilən Günel Nuriyeva isə ailənin böyük qızıdır.
Qeyd edək ki, hadisə Xudu Məmmədov küçəsi 18 ünvanında qeydə alınıb. Həmin ünvanda bacıları ilə birlikdə yaşayan 20 yaşlı Günel Etibar qızı Nuriyevanın başı kəsilmiş meyiti tapılıb. G.Nuriyevanın meyitini onun bacıları günorta saatlarında evə gələrkən aşkarlayıb.
Qətlə yetirilən G.Nuriyeva Bakıda fəaliyyət göstərən musiqi məktəblərindən birinin ikinci kursunda oxuyurmuş.
10:26
Xətai rayon prokurorunun köməkçisi Şəbnəm Məmmədovanın ANS PRESS-ə verdiyi məlumata görə, gənc tələbə qızın başını elə onun öz doğma bacısı kəsib.Günel Nuriyevanı onun öz bacısı Pərvanə Nuriyeva öldürüb. Bacısını qətlə yetirən Pərvanə Nuriyeva saxlanılıb. Qətlin səbəbi bilinmir. Hazırda istintaq davam edir", - deyə Şəbnəm Məmmədova bildirib.Qeyd edək ki, hadisə Xudu Məmmədov küçəsi 18 ünvanında qeydə alınıb. Həmin ünvanda bacıları ilə birlikdə yaşayan, 20 yaşlı Günel Etibar qızı Nuriyevanın başı kəsilmiş meyiti tapılıb. G.Nuriyevanın meyitini onun bacıları günorta saatlarında evə gələrkən aşkarlayıb.Qətlə yetirilən G. Nuriyeva Bakıda fəaliyyət göstərən musiqi məktəblərindən birinin ikinci kursunda oxuyurmuş.Etibar Nuriyev tanınmış biznesmendir.Etibar Nuriyevin Şəkidə bir neçə ticarət obyektləri, torpaq sahələri var. Ailənin 3 qız övladı var. Qizlardan ikisi əkizdir. Qətlə yetirilən Günel Nuriyeva isə ailənin böyük qızıdır.
OXŞAR XƏBƏRLƏR