BŞDYPİ rəsmisinin sözlərinə görə, cəzalandırılan yol polisi əməkdaşlarının 36 nəfəri zabit, 40 nəfəri isə sıravi heyət üzvüdür.
Bundan başqa, ötən il ərzində 116 yol polisi əməkdaşı xidmətdə fərqləndiyinə və vəzifələrini nümunəvi şəkildə təşkil etdiklərinə görə rəhbərlik tərəfindən mükafatlandırılıb.
“Hər gün bizə daxil olan şikayət, təklif və iradlar rəhbərlik tərəfindən yoxlanılır. Buna görə, 2010-cu ildə işdə verdiyi nöqsanlara görə 76 nəfər xüsusi qaydada cəzalanıb. Vəzifə peşəsini ləyaqətlə yerinə yetirdiyinə görə 116 nəfər mükafatlanıb. Mükafatlananlardan 40 nəfər zabit, 76 nəfər sıravi polisdir. 32 nəfərə isə xüsusi rütbə verilib”, - deyə Vaqif Əsədov qeyd edib. //Ans Press