2011-ci il "Turizm ili" elan edildi

Bütün Xəbərlər
06:21 16.02.2011
2499

Prezident İlham Əliyev Azərbaycanda 2011-ci ilin “Turizm ili” elan edilməsi haqqında sərəncam imzalayıb. 
Məqsəd Azərbaycanda turizmin daha da inkişaf etdirilməsi və turizm fəaliyyəti üçün əlverişli şəraitin yaradılması zərurətini nəzərə alaraq, turizm ehtiyatlarından səmərəli istifadə olunmaqla zəngin coğrafi landşafta malik ölkəmizin təbiət abidələrinin və eləcə də xalqımızın qədim mədəni-tarixi irsinin geniş miqyasda tanıdılmasını təmin etməkdir. 

Nazirlər Kabineti 2011-ci ilin Azərbaycanda “Turizm ili” elan edilməsinə dair tədbirlər planını hazırlayıb 1 ay müddətində prezidentə təqdim edəcək.

 

OXŞAR XƏBƏRLƏR