Bunu eşidən Terim dərhal evinə dönüb. Polad kassadan 50 min türk lirəsi (30 min dollar) dəyərindəki zinət əşyaları ilə pulun oğurlandığını görən Terim dərhal polisi məlumat verib. Polis əməkdaşları dərhal hadisə yerinə gəlib. Onlar cinayəti araşdırmaq üçün evdə barmaq izi və kriminal araşdırmalar aparıb. Evin təhlükəsizlik kameralarının görüntüləri də işə əlavə olunub.
Polisə verdiyi ifadədə Terim hadisə haqda ona Pavlovna Emelovanın məlumat verdiyini, evində təmizlikçi kimi çalışan digər Türkmənistan vətəndaşı Mustafa Rebzbebeovun isə qaçdığını bildirib. Polis hər iki xadimən şübhəli şəxs qismində cinayət işinə əlavə edib. P.Emelova həbs edilib, M.Rebzbebovun isə haqqında axtarış elan olunub.