Türkiyə istehsalı olan seriallar təkcə bu ölkədə deyil, dünyanın bir sıra ölkələrində də maraqla izlənilir.
AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, qonşu ölkədə çəkilən seriallar Azərbaycan tamaşaçısı tərəfindən də böyük rəğbətlə qarşılanır. Bunlara “Muhteşem Yüzıl”, “Kurtlar Vadisi Pusu”, “Kuzey-Güney”, “Aşkı-Memnu” kimi serialları aid etmək olar.
Türkiyənin “Habertürk” qəzetinin keçirdiyi sorğuya görə istər ölkə daxilində, istərsə də qonşu ölkələrdə baxılan bu seriallarda ən çox aktrisalara və onların çəkildiyi rollara böyük maraq var.
Beləliklə 2013-cü ildə ən çox izlənilən serialların qadın qəhrəmanlarının fotolarını təqdim edirik:

















