2013-cü ilin dövlət büdcəsi təsdiq edildi

2013-cü ilin dövlət büdcəsi təsdiq edildi
Bütün Xəbərlər
13:08 30.11.2012
2067
Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkilləri Azərbaycanın 2013-cü il üçün dövlət büdcəsini qəbul ediblər.
Gün.Az xəbər verir ki, spiker Oqtay Əsədov çıxışında qeyd edib ki, bu, müstəqil Azərbaycanın tarixində ən böyük büdcədir:
“Millət vəkillərinin səsləndirdiyi təkliflərin bir hissəsi büdcə layihəsində nəzərə alınıb. Əgər may ayında dövlət büdcəsinə dəyişikliklər məsələsi olsa, digər təkliflər də nəzərə alınacaq”.
Büdcənin gəlir və xərclərinə dəyişikliklər edilib - gəlirlər hissəsi 5 milyon, xərclər hissəsi isə 40 milyon manat artırılıb.
Qeyd edək ki, 2013-cü il dövlət büdcəsinin gəlirləri 19 mlrd. 159 mln. manat , xərcləri ümumi daxili məhsulun 35,3 faizini təşkil etməklə 19 mlrd. 850 mln. manat proqnozlaşdırılır.
Gələn ildə dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi üçün 690 mln. manat vəsait nəzərdə tutulub.
2013-cü ildə dövlət büdcəsi xərclərinin artırılmasına baxmayaraq, 2012-ci illə müqayisədə dövlət büdcəsi kəsirinin ümumi daxili məhsula nisbəti 0,1 faiz aşağı düşərək 1,1 faiz təşkil edəcək.
2013-cü ilin dövlət büdcəsində neftin ixrac qiymətinin 1 bareli 100 dollar nəzərdə tutulub.
OXŞAR XƏBƏRLƏR