"Ekstra Hiss" layihəsinin qalibi, tanınmış ekstrasens və parapsixoloq Lamiyə İsmayılova 2015-ci ildə planetlərin hərəkətinin insan psixologiyasına olan təsirləri ilə bağlı proqnozunu təqdim edib. L.İsmayılova planetlərin öz hərəkət istiqamətlərinin əksinə gerilədiyini və bunların insanlara müxtəlif təsirləri olacağını qeyd edib.
Sözügedən proqnozu təqdim edirik:
“Günəş və Ay heç vaxt retroqrad(geriyə hərəkət) olmur. Uran,Neptun,Plutonun isə təsirini hiss etmirik.Merkuri,Venera,Yupiter və Saturn bu il retroqradda olacaq.Mars isə bu il geriyə hərəkət etməyəcək.Merkuri,Venera və Marsın retroqrad dövrü qısadır.Ancaq bu planetlər Yerə yaxın olduqları üçün insanların həyat tərzinə və davranışına təsir edir.Yupiter və Saturnun retroqrad dövrü isə yarım ilə qədər davam edir.
Yerə ən yaxın planetlərdən biri olan Merkuri bu il 3 dəfə retroqradda olacaq,yəni geriyə hərəkət edəcək.Birinci retroqrd dövrü 21 yanvarda başlayıb- 11 fevrala qədər davam edəcək.
Retroqrad Merkuri informasiyanın daxil olmasını ləngidir-hətta təhrif edir .Bu bizim aldığımız bütün informasiyaya aiddir;ünsiyyət,görüş,təhsil,sənəd. Nəqliyyat və səyahətin gecikməsinə səbəb olur.Hər hansı bir səhv ucbatından reysin təxirə salınması baş verə bilər.Görüş isə maşının xarab olması səbəbiylə baş tutmaya bilər.Yeni işlərə başlamaq üçün uğurlu zaman deyil.Çünki ən sadə proyektlər belə çətinliklə yerinə yetir.Bu dövrdə ehtiyatlı olmaq lazımdır ki,hər şeyi vaxtında və keyfiyyətli edəsiz.Sənəd imzalamaq,elan vermək,nəşriyyat idarəsinə əlyazmanı nəşr etdirmə ilə bağlı müraciət etmək,danışıqlar aparmaq,yola çıxmaq,yeni şeylər öyrənmək olmaz belə ki, öyrəndiyiniz şeylər tez yaddan çıxacaq.Lakin keçmiş materialları təkrar etmək,köhnə dostlarla əlaqə yaratmaq və sənədləri bərpa etmək,başlanmış proyektləri sona çatdırmaq faydalıdır.Merkurinin retroqrad vəziyyətini ünsiyyət və səyahət işiylə bağlı olan insanlar əsasən daha çox hiss edir.Əkizlər və Qız bürcünü idarə edən planet Merkuri olduğu üçün bu planetin retroqrad vəziyyəti bu bücrlərdə diqqətsizliyin,dalğınlıq yaranmasına səbəb olacaq.Dərketmə məsələsi çətinləşəcək baş ağrıları əmələ gələcək.
İkinci retroqrad dövrü 19 mayda başlayıb- 12 iyuna qədər davam edəcək.
Üçüncü retroqrad dövrü isə 17 sentyabrda başalayıb- 9 oktyabra qədər davam edəcək”.
Əlaqə :+99455 685 56 66
Mail:[email protected]/* */ /* */ /* */