2015-ci ildə itirdiyimiz tanınmışlar - SİYAHI

2015-ci ildə itirdiyimiz tanınmışlar - SİYAHI
Bütün Xəbərlər
11:32 17.12.2015
1134
Yola salmağa hazırlaşdığımız 2015-ci il Azərbaycanda bir çox olaylarla yadda qalacaq. Bu il həm də bir sıra tanınmış azərbaycanlının dünyasını dəyişməsi ilə də xatırlanacaq.
2015-ci ildə bu dünya ilə vidalaşan məşhur azərbaycanlıları xatırlayaq.
Ədəbiyyat və mədəniyyət xadimləri
İlin ilk böyük ədəbi itkisi xalq şairi Vaqif Səmədoğlununölümü oldu. Ömrünün son illərində xərçəngdən əziyyət çəkən xalq şairi bu ilin yanvarın 28-ə dünyasını dəyişib.
Yanvar ayında başqa bir ədəbiyyat nümayəndəsi, Haaqa şəhərində yaşayan azərbaycanlı yazıçıGülşən Lətifxan53 yaşında vəfat edib.
Başqa tanınmış şair, Azərbaycan dilinin çox gözəl bilicilərindən sayılanMəmməd Aslanisə sentyabrın 23-də bu dünyadan köçüb.
Bir çox musiqi mətnlərinin müəllifi olan şairəZivər Ağayevada ömrünün 81-ci ilində dünyasını dəyişib.
Xalq artisti, professor, bəstəkarRamiz Mirişliaprel ayında dünyasını dəyişəndə 81 yaşı var idi. Bəstəkar ömrünün sonuna qədər Mədəniyyət və İncəsənət Universitetində çalışırdı.
Ramiz Mirişlinin bəstəkar və müəllim həmkarı, Azərbaycanın xalq artisti, Bakı Musiqi Akademiyasının professoru, bir çox xalq artistlərinin müəllimi olanNəriman Məmmədovbu ilin aprelində vəfat edib.
Təbii ki, bu ilin ən böyük itkiləri sırasında böyük kaman ustası xalq artistiHabil Əliyevinadı mütləq çəkilməlidir. Xalq artisti sentyabrın 8-də uzun sürən xəstəlikdən sonra, 88 yaşında vəfat edib.
Başqa bir xalq artisti, nakam taleli aktrisaNuriyyə Əhmədovaoktyabrın 10-da 64 yaşında bu dünyadan köçüb
Oktyabr ayında dünyasını dəyişən bir başqa aktrisaGülnar Salmanovada ömrünün son illərini əzab içərisində keçirdi. Aktrisa 59 yaşında vəfat edib.
Hələ 60 yaşı olmamış dünyasını dəyişən başqa bir xalq artistiİlham Əskərovunölümü də insanları çox təsirləndirdi. 57 yaşında vəfat edən aktyor ölümündən qabaq ürək əməliyyatı keçirmişdi.
Çox təəssüf ki, özünü publikaya çox da tanıda bilməyən, yalnız “Qaynana” filmindəki gəlin, Sevda obrazı ilə yadda qalanTanilə Əhmərova65 yaşında haqqa qovuşub.
Məşhur müğənni, Bülbülün həyat yoldaşı və onun tədqiqatçısı, sabiq nazir, xalq artisti Polad Bülbüloğlunun anasıAdelaida Məmmədovada bul 93 yaşında vəfat edib.
Tanınmış el şairiSərraf Şuriyəbir neçə gün bundan öncə dünyasını dəyişib.
ABŞ-ın Nyu-York şəhərində yaşayan aktyorVəliəhd Vəliyev(“Papa” filmində Həsən ağanın qohumu) da bu həyatla birdəfəlik vidalaşanlardandır.
Bu il dünyasını dəyişən digər mədəniyyət və incəsənət xadimləri bunlardır:
Xalq rəssamıDavud Kazımov- 89 yaşında vəfat edib.
Azərbaycan filmlərində əsasən uşaq rollarının ifaçısı kimi tanınan “Qəm pəncərəsi”, “Tənha narın nağılı” kimi filmlərdəki maraqlı uşaqRuslan Nəsirov41 yaşında dünyasını dəyişib.
May ayının əvvəllərində “Küçələrə su səpmişəm” kimi şedevr filmin rejissoruNicat Feyzullayevdə 69 yaşında haqq dərgahına qovuşub.
OXŞAR XƏBƏRLƏR