Həyatımıza yenicə qədəm qoyan 2015-ci ilin yanvar ayının soyuq qış günləri həm də itirdiyimiz məşhurlarla təqvimə yazıldı.
1. Siyavuş Qarayev – Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) rektoru vəzifəsində çalışıb. Uzun sürən ağır xəstəlikdən sonra Bakıda dünyasını dəyişib.
2. Zahid Qaralov - İctimai-siyasi xadim, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin və Siyasi Şurasının üzvü, partiyanın Səbail rayon təşkilatının sədri, riyaziyyatçı alim, pedaqoq, pedaqoji elmlər doktoru, professor Zahid Qaralov vəfat edib.
3. Əminə Nuriyeva - Rusiyada yaşayan tanınmış azərbaycanlı iş adamı Araz Ağalarovun anası Bakıda dünyasını dəyişib.
4. AzTV-nin Gürcüstan müxbiri Şahismayıl Şəmmədoğlunun övladı intihar edib. Jurnalistin Qardabani rayonunda yaşayan oğlu özünü tapançayla vurub.
Allah rəhmət eləsin!
Orxan