2016-ci il dövlət büdcəsindən gözləntilər - TƏHLİL

İQTİSADİYYAT
17:21 16.09.2015
2674
Nicat Hacızadə,İqtisadçı ekspert2016 Dövlət büdcəsi proqnoz planı digər illərə nisbətən müsbət və mənfi ssenariyə uyğun formalaşdırılmışdır. Müsbət deyərkən artımlar, mənfi deyərkən azalmalar nəzərdə tutulur. Azalmalar köklü əsasda son 2 il ərzində dünya iqtisadiyyatında baş verən bir sıra mənfi xarakterli proseslər, xüsusilə ölkə büdcəsinin əsas formalaşma mənbəsi sayılan neftin qiymətində baş verən azalmalar və bu prosesə təsir edən bir sıra iqtisadi manevrlər. Son dövlət büdcəsinə nəzər yetirsək keçən illərə nisbətən azalmlara həm ümumi formada, həmçinin büdcə daxilində müxtəlif sektorlara uyğun olaraq azalmalara şahidlik edə bilərik.
İlk növbədə icmal büdcəsinin gəlir və xərclərinə nəzər yetirək. 16 720.1 mln AZN gəlir, 19906.5 mln AZN xərclər hissəsini təşkil edir. Bir sıra şəxslər icmal büdcə ilə dövlət büdcəsini qatışdırırlar ki, ölkəmizdə icmal büdcə gəlirləri dedikdə Dövlət büdcəsi, Neft fondu və Sosial müdafiə fondunun gəlirləri nəzərdə tutulur. Maliyyə nazirliyinin hesabatına əsasən Dövlət büdcəsinin gəlirləri 14566 mln AZN, Naxçıvan muxtar Respublikasının gəlirləri 351.4 milyon AZN-dir ki, bununda 282.4 mln AZN isə dövlət büdcəsindən verilən dotasiyalardır. Dövlət Neft fondunun gəlirləri 6711.6 mln AZN, Dövlət Sosial müdafiə fonunun gəlirləri 3078.6 mln AZN-dir ki, bununda 1100.0 mln AZN dövlət büdcəsindən transferlər təşkil edəcək. Qeyd edək ki, DSMF gəlirlərinin digər hissə əmək haqqılardan tutulmalar və maliyyə alətləri vasitəsilə yığımlardır. İcmal büdcənin xərclərinə nəzər yetirsək Dövlət büdcəsinin xərcləri 16264.0 mln AZN, NMR-nin 351.4 mln AZN (gəlirlərlə bərabər, defisit 0), Dövlət neft fonunun xərcləri 8200.0 mln AZN (defisit –1488.4) və Dövlət Sosial müdafiə fonun xərcləri isə 3078.6 mln AZN (defisit 0) təşkil edir.
Dövlət büdcəsinə gələn gəlir proqnozlarını faizlərlə təsnifatlaşdırsaq, Vergilər Nazirliyindən daxil olmalar 45.3%, DNF-dən 41.2% Dövlət Gömrük komitəsi 10.9% və sair 2.6% təşkil edir. Vergilər Nazirliyindən daxil olmalar tərkibində əsas yerləri Əlavə dəyər vergisi 2326.0 mln AZN (2015-ci illə müqayisədə 26% az), mənfəət vergisi 1821.6 mln AZN (2015-ci illə müqayisədə 17.6% az) təşkil edir. Vergilər nazirliyi xətti ilə daxil olmalar 6602.0 mln AZN daxil olma gözlənilir ki, cari illə müqayisədə 7.2% azdır. 4812.0 mln AZN qeyri neft sektorunun, 1790,0 mln AZN neft sektorunun payına düşür. Baş verən azalma neftdən gələn gəlirlərin azalması ilə birbaşa bağlıdır. Qeyd olunan rəqəmlər cari ilin proqnozlarından azdır. Artım proqnozlaşdırılır əmlak vergisində 11.2%, torpaq vergisi 2%, sadələşdirilmiş vergi 25% və büdcəyə vergi üzrə ən az paya sahib Torpaq vergisində 20% . Dövlət Gömrük komitəsindən yeganə müsbət gəlir proqnozu idxaldan tutulan əlavə dəyər vergisidir ki, 16% artım gözlənilir. Gömrük komitəsindən daxil olmaların büdcədə çəkisi 10.9%-dir ki, qeyri-neft ÜDM-də xüsusi çəkisi 3.8% olacaqdır. Qeyd edək ki, əlavə dəyər vergisi və aksiz vergisi əhalinin alıcılıq qabiliyyəti ilə düzmütənasübdür.
Azərbaycan üçün iqtisadi prioritetlərdən biri də qeyri neft sektorundan gələn gəlirləri büdcədə payını artırmaqdır ki, ölkə prezidenti dəfələrlə öz nitqlərində vurğulamışdır. 2014-ci üçün qeyri neft sektorunun büdcədə payı 34% olmuşdur ki, 2015 və 2016-ci illər üçün proqnoz daha yuxarı göstərilib. Cari il üçün 34.7% və 2016-cı il üçün isə 46.5% . Neft fondundan daxil olmaların 42.2% azalmasıda qeyri neft sektorunun büdcədə faizini artırmışdır.
Ölkənin fiskal və monetar siyasəti istiqamətlərinə nəzər yetirsək qeyri neft gəlirlərinin artımı və neft fondundan gələn gəlirlərin miqdarının azalması qeyri neft sektorunun inkişafına təkan verəcək. Sadəcə olaraq bir məsələnidə qeyd edək ki, neft fondunu üzrə gələn verginin azalmasıda müşahidə ediləcəkdir. İstiqamətlərin digər birində də qeyd olunmuşdur ki, vergi daxil olmalarının yığım faizinin artırılması. Bunun üçün özəl sahibkarlığı və xarici investisiyanın miqyasını genişləndirmək vacibdir.
Xərclərin strukturunun sosial yönümlü xərclərin hissəsinə fikir versək hökümət vədinə əməl etdi. Ölkə Prezidenti müşavirələrdə dəfələrlə iqtisadi-sosial siyasətdə dayanmanın olmayacağının və əhalinin sosial təminatının, rifah halının yaxşılaşdırılmasının hökümət üçün prioritet olmasını vurğulamışdır. Sosial xərclərin 2016-cı il büdcəsində ki, payı 36.1% olmaqla 5867.9 mln AZN proqnozlaşdırılmışdır ki, buda 2015-c il ilə müqayisədə 41.9 mln AZN və ya 0.7% çoxdur.

OXŞAR XƏBƏRLƏR