Əri baltalayan qadın danışdı: “Qonşular gizlətməsəydi, qızımı da öldürəcəkdi”

Əri baltalayan qadın danışdı: “Qonşular gizlətməsəydi, qızımı da öldürəcəkdi”
SOSİAL
16:20 04.08.2016
1614
Tərtərdə əri tərəfindən baltalanan qadın danışıb.
Tərtərin Babək küçəsində həyat yoldaşı, 28 yaşlı Tofiq Məmmədov tərəfindən baltalanan 37 yaşlı Məhsəti Səmədova deyib ki, 3 yaşlı qızını qonşular gizlətməsəydi, əri onu öldürəcəkmiş.
Hazırda M. Səmədova anası, 1948-ci il təvəllüdlü Səfurə Quliyeva ilə birlikdə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
M. Səmədova 5 il əvvəl ailə qurduğunu, bu müddət ərzində ailədaxili münaqişələrin günü-gündən artdığını deyib: "İki övladımı az atalarının şiddətindən qorumaq üçün boşanmaq qərarına gəldim və məhkəməyə müraciət etdim. Mənə demişdi ki, boşansan, səni öldürəcəm. Mən onun sözünə inanmamışdım. Axırıncı dəfə döyüb getdiyi 10 gün idi. Hasardan keçib, girdi evə. Baltanı da gətirib qoydu yanına. Birdən durub cumdu mənə. Biz atamın həyətində ev tikdirmişik, səs-küyə anam, bacım gəldi. Baltanın arxasıyla mənim başıma 3-4 dəfə vurdu. Araya bacım girdi, bacımı da vurdu. Biz anamla bacımı onun əlindən almaq istəyəndə anamı balta ilə başına-başına vurmağa başladı. Bacım qaçdı çölə, qapını açıb qonşuları çağırdı. Qonşular onu tutdu saxladı, sonra polis gəldi”.
M. Səmədovanın anası Səfurə Səmədova bildirib ki, yeznəsi T. Məmmədov əvvəllər də ailədaxili dava-dalaş salsa da, bu qədər əsəbi olmayıb: "Son günlər hər kəsi ölümlə təhdid edirdi".
Arvadını, qayınanasını, baldızını öldürməyə cəhd edən T. Məmmədovun qardaşı Göygöz Məmmədov isə qardaşının psixoloji problemləri olduğunu deyib: "Əvvəllər sağlam idi. Hətta könüllü olaraq müddətdən atıq ordu sıralarında xidmət də edib. Sonradan əsəbləri pozuldu. Müdafiə Nazirliyinin hospitalında müalicə də alıb. Sonradan orduya yararsız kimi tərxis olundu. Düzü, biz də heç onu müalicə elətdirmədik”.
Lent.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bayramqabağı meyvə-tərəvəz və çərəzlərin SON QİYMƏTLƏRİ - VİDEO
01:17 05.03.2026
Bayramqabağı meyvə-tərəvəz və çərəzlərin SON QİYMƏTLƏRİ - VİDEO
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
00:21 05.03.2026
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
İsrail Təbrizə güclü zərbə endirib
00:02 05.03.2026
İsrail Təbrizə güclü zərbə endirib
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
23:52 04.03.2026
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
23:44 04.03.2026
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM -  VİDEO
23:28 04.03.2026
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM - VİDEO
İranlı ayətullah cihad elan etdi
23:20 04.03.2026
İranlı ayətullah cihad elan etdi
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
23:17 04.03.2026
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
23:10 04.03.2026
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
23:03 04.03.2026
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
22:56 04.03.2026
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
22:44 04.03.2026
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
22:33 04.03.2026
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
22:27 04.03.2026
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
22:18 04.03.2026
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır
21:58 04.03.2026
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır