Daha bir əsgərimiz şəhid oldu

Daha bir əsgərimiz şəhid oldu
Bütün Xəbərlər
10:54 17.12.2015
1143
Müdafiə Nazirliyi məlumat yaydı.
Dekabrın 16-da axşam saatlarında Ermənistan silahlı qüvvələri bölmələrinin mövqelərimizə minaatanlardan atəş açması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Cəfərzadə Rəşad Əlyar oğlu şəhid olub.
Bu barədə AZXEBER.COM-a Müdafiə Nazirliyindən məlumat veriblər.
"Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.
Eyni zamanda bildiririk ki, Ermənistan kütləvi informasiya vasitələrinin təxribat məqsədilə cəbhədə guya iki nəfər Azərbaycan snayperinin öldürülməsi barədə yaydığı məlumatların və videogörüntülərin də heç bir əsası yoxdur və həqiqətə uyğun deyil.
Cəbhə xəttində əməliyyat şəraiti Silahlı Qüvvələrimizin nəzarəti altındadır, düşmənin hərəkətlərinə qarşı bütün qabaqlayıcı tədbirlər həyata keçirilir", - deyə, nazirlikdən qeyd ediblər.
OXŞAR XƏBƏRLƏR