Prezident sərəncam imzaladı

Prezident sərəncam imzaladı
Bütün Xəbərlər
18:59 22.12.2015
1989
Azərbaycan Prezidenti İlham Əliyev Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşlarına "Əməkdar mədəniyyət işçisi" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycanda kitabxana işinin təşkili sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə "Əməkdar mədəniyyət işçisi" fəxri adı verilib:
Dadaşova Zahirə Cabir qızı
Qəmbərova Şəhla Əliheydər qızı
Musazadə Rəfiqə Mirzə qızı
Tahirova Nazilə Rəhman qızı.
Prezidentin digər sərəncamı ilə Azərbaycanda kitabxana işinin təşkili sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər "Tərəqqi" medalı ilə təltif ediliblər:
Ağamirzəyeva Vəfa Əliağa qızı
Əhmədova Sevil Əliabas qızı
Qafarova Leyla Hacı Ağa qızı
Məmmədli Ruhiyyə Mikayıl qızı.
OXŞAR XƏBƏRLƏR