“Bu xəbər məni olduqca kədərləndirdi”.
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib.
AZXEBER.COM-un məlumatına görə, başsağlığında deyilir:
“Hörmətli cənab Prezident,
Voronej şəhərindəki psixonevroloji dispanserdə baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Rusiya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.