Sabah əksər rayonlarda qaz olmayacaq

Sabah əksər rayonlarda qaz olmayacaq
Bütün Xəbərlər
19:30 21.04.2015
1021
“Azəriqaz” İB məlumat yaydı.
Aprelin 22-də saat 10:00-dan 18:00-dək Şamaxı və Beyləqan şəhərlərinin, Yevlax rayonunun Xaldan və Qəribli, Sabirabad rayonunun Nərimankənd, Ulacalı, Qaratəpə, Əhmədabad, Mürsəlli və Şıxlar, Saatlı rayonun Qıraqlı, Mustafabəyli, Bəylik və Yeni Novruz, Samux rayonunun Ağasıbəyli, Əhmədli, 1 May və Şəmsizadə, Qazax rayonunun Aslanbəyli və Yuxarı Salahlı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Bu barədə AZXEBER.COM-a “Azəriqaz” İB-dən məlumat verilib.
Xatırladaq ki, məhdudiyyətin yaranmasına səbəb magitral qaz kəmərləri sahəsində aparılan təmir ilə əlaqədardır.
Qeyd edək ki, aparılan işlərin Bakı şəhəri Sabunçu rayonunun Zabrat və Abşeron rayonunun Bilgəh qəsəbələrinin bəzi hissələrinin qaz təchizatına təsir göstərməsi də mümkündür.
OXŞAR XƏBƏRLƏR