Bəzi yerlərində çiskin olacağı ehtimalı var.
Martın 29-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZXEBER.COM-a verilən məlumata görə, mülayim şimal-şərq küləyi əsəcək.
Günün birinci yarısında yarımadanın bəzi yerlərində çiskin olacağı ehtimalı var.Gecə 6-8, gündüz 9 11 dərəcə isti olacaq.Bölgələrdə gecə və səhər bəzi yerlərdə duman, çiskin, gün ərzində arabir yağıntılı olacaq. Dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 3-8, gündüz 10-15, dağlarda gecə 0-3 isti, gündüz 3-8 dərəcə isti olacaq.