Nazir vətəndaşlarla görüşəcək

Nazir vətəndaşlarla görüşəcək
Bütün Xəbərlər
10:15 19.01.2015
819
Ədliyyə naziri Fikrət Məmmədov vətəndaşları qəbul edəcək.Nazir yanvarın 22-də Kürdəmir rayonunda vətəndaşlarla görüşəcək.Qəbulda Kürdəmir, Ucar, Zərdab və Ağsu rayonlarında yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.Qəbul saat 11:00-da Kürdəmir şəhərindəki Heydər Əliyev Mərkəzində (ünvan: Kürdəmir şəhəri, Bakı prospekti) keçiriləcək.Bildirilir ki, vətəndaşlar qəbula Göyçay regional ədliyyə şöbəsi (ünvan: Göyçay şəhəri, Nizami küçəsi, 111, əlaqə telefonu: (02027) 4-30-41, (050) 383-89-92, habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected]/* */ elektron poçt ünvanı vasitəsilə, eləcə də Kürdəmir şəhəri Heydər Əliyev Mərkəzində yazıla bilərlər.Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.
OXŞAR XƏBƏRLƏR