Sabahın hava – PROQNOZU

Sabahın hava – PROQNOZU
Bütün Xəbərlər
12:58 08.01.2015
3207
Yanvarın 9-da Bakı və Abşeron yarımadasında hava şəraitinin yağıntılı olacağı, gecə və səhər saatlarında qar yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, yağıntı gündüz tədricən kəsiləcək. Şimal-qərb küləyi günün birinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 1-4 dərəcə şaxta, gündüz 0 dərəcəyə yaxın olacaq.
Sabah Azərbaycanın bölgələrində havanın fasilələrlə yağıntlılı olacağı, gecə bəzi yerlərdə intensiv olacağı gözlənilir. Yağıntı gündüz qərb rayonlarından başlayaraq tədricən kəsiləcək.
Havanın temperaturu gecə 2-7 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 11-16 dərəcə şaxta, gündüz 5-10 dərəcə şaxta olacaq.
OXŞAR XƏBƏRLƏR