Sabahın hava – PROQNOZU

Sabahın hava – PROQNOZU
Bütün Xəbərlər
13:26 09.01.2015
4473
Yollar buz bağlayacaq.
Yanvarın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentində AZXEBER.COM-a verilən məlumata görə, gündüz arabir güclənən cənub-qərb küləyi əsəcək. Gecə və səhər yollar buz bağlayacaq.
Havanın temperaturunun gecə 1-4 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 769 mm civə sütunundan 763 mm civə sütununa düşəcək, nisbi rütubət gecə 60-70, gündüz 85-95 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı yerlərdə duman olacağı, lakin Lənkəran-Astara zonasında arabir yağış yağacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 1-6 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 12-17, yüksək dağlıq ərazilərdə 23-28 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR