Bu gün səhər Goranboyda zəlzələ baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, zəlzələ yerli vaxtla saat 10:44:26-da Gəncədən 41 km cənub-şərqdə Goranboy ərazisində qeydə alınıb.
Yeraltı təkanın maqnitudası 3.5, dərinliyi 10 km olub. Zəlzələ hiss olunmayıb.