Dalğıc-xilasedicilər hadisə yerinə cəlb olundu.
Bu gün günorta saatlarında Dəniz kənarı Milli Park ərazisində bir nəfər intihara cəhd edib.
Fövqəladə Hallar Nazirliydən verilən məlumata əsasən, Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda Dəniz kənarı Milli Park ərazisində 1 nəfər intihar etmək məqsədilə özünü dənizə atıb.
Dərhal FHN-nin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. Həmin şəxs dalğıc-xilasedicilər tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil verilib.//oxu.az