Mikayıl Cabbarovdan yeni əmr

Mikayıl Cabbarovdan yeni əmr
Bütün Xəbərlər
17:25 06.01.2015
4504
Təhsil naziri Mikayıl Cabbarov “20 yanvar faciəsinin iyirmi beşinci ildönümünün qeyd edilməsi barədə” əmr imzalayıb.
AZXEBER.COM-un nazirliyə istinadla verdiyi məlumata görə, əmrə əsasən, 20 yanvar faciəsinin iyirmi beşinci ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planı təsdiq olunub.
Tədbirlər planına müvafiq olaraq, 6-20 yanvar tarixlərində ali, ilk peşə və orta ixtisas təhsili, ümumtəhsil, internat məktəbləri və məktəbdənkənar təhsil müəssisələrində Azərbaycanın azadlığı uğrunda mübarizədə həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş geniş tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
20 yanvar faciəsinin iyirmi beşinci ildönümünün qeyd edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri:
OXŞAR XƏBƏRLƏR