Sabah Azərbaycanda qar yağacaq

Sabah Azərbaycanda qar yağacaq
Bütün Xəbərlər
15:10 02.01.2015
2991
Gündüz mülayim cənub küləyi əsəcək.
Sabah Azərbaycan ərazisində hava şəraiti yağıntılı olacaq, bəzi yerlərdə qar yağacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZXEBER.COM-a verilən məlumata görə, yanvarın 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin gecə və səhər bəzi yerlərdə yağıntılı, gün ərzində isə dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 6-8 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, duman olacağı gözlənilir. Gündüz yağıntı tədricən kəsiləcək, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 6-11 dərəcə isti olacaq. Dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR